Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 10:20:00
AMEA-nın prezident  seçkilərinə iclas başlayıb - YENİLƏNİB 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı başlayıb. 

AzEdu.az apa-ya istinadən xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirlər.

****

09:26

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akademiyanın Ümumi yığıncağı keçiriləcək.

AzEdu.az-ın xəbərinə görə, saat 10.00-da başlayacaq yığıncaqda AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək, AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Tədbirdə Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın Adlı mükafatlarının təqdimatı da olacaq.