Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 14:18:00
Bu şəxs 40 yaşından sonra ard-arda  7 universitet bitirib- İnanılmaz

 

 AzEdu.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Elazığ əyalətində texniki işçi kimi fəaliyyət göstərən Abdulla Yalınqılınc 40 yaşından sonra 20 ildə müxtəlif universitetlərdə 7 ixtisas üzrə təhsil alıb.  

 

İşdən sonra yatmayıb, səhər yeməyi yemədən dərslərinə hazırlaşan A.Qılınc gənc qrup yoldaşlarına  nümunə oldu. yeni hədəfi hüquq fakültəsinə daxil olmaqdı.

 

O, 2000-ci ildən daha da artan   təhsil eşqi ilə universitetə qəbul imtahanına qatıldı. İlk olaraq Anadolu universitetinə daxil oldu. Ardınca Fırat və Munzur universitetlərində müxtəlif fakültələri bitirdi.

 

Hazırda 8-ci universitetə hazırlaşır...

 

A.Yalınqılınc bu barədə yerli mətbuata maraqlı açıqlama verib: “Növbəli işlədiyim üçün oxuya bilmədiyim universitetlərə qəbul olub, dərslərə qatıla bildim. Keçən həftə yüksək dərəcə ilə məun oldum. İndi isə vəkil olmaq üçün hazırlaşıram. İşdəki növbəm bitəndə yemək yemədən dərsə qatılırdım. Gənclərə nümunə olmaq üçün oxumağa davam edəcəm. İnsan təhsili və oxumağı sevirsə, xoşbəxt olar”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları