Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-04 17:10:00
Mikayıl Müşfiqin abidəsi ziyarət ediləcək    

İyunun 5-də Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 ili tamam olur.

AzEdu.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında” 17 may 2018-ci il tarixli Sərəncam imzalamışdır. 

5 iyun 2018-ci il tarixində, saat 12:00-da Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti Mikayıl Müşfiqin Yasamal rayonunda yerləşən abidəsini ziyarət edəcək, büstü qarşısına gül qoyacaq.