Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-01 12:23:00
Bu ixtisas üzrə qabiliyyət imtahanı onlayn keçiriləcək- DİM 

 "Jurnalistika ixtisası üzrə magistraturaya sənəd verən  bakalavrlar onlayn şəkildə qabiliyyət imtahanında iştirak edəcəklər”.

AzEdu.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

“Onlayn müsahibə xüsusi proqramlarla, jurnalistika fakültəsinin müəllimləri, xüsusi komisiyanın iştirakı ilə təşkil olunacaq.  Onlardan həmçinin yazı işləri də  tələb olunacaq. Yalnız bunun vaxtı, forması haqqında dəqiq məlumat ixtisas seçimi tamamlandıqdan sonra veriləcək".