Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-01 10:24:00
16 fevralda imtahan verən şəxslərin nəzərinə!

Test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlərin sertifikatlarının verilməsinə başlanılır.

 

 AzEdu.az  xəbər verir ki, 16 fevral 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər DİM-in saytından elektron növbə götürməklə sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən əldə edə bilərlər.

 

Namizədlər DİM-in qeyd olunan inzibati binalarına gəlmək üçün Mərkəzin saytından onlayn növbə götürməlidirlər.