Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-27 09:36:37
Ən çox müəllim təyin olunan regionlar müəyyənləşdi

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) ən çox müəllim təyin olunan regionları müəyyən edib.

AzEdu.az xəbər verir ki, Ege bölgəsi  93,96% göstərici ilə ilk yerdə qərarlaşıb.  Mərmərə bölgəsi isə 83,80%-lə sonuncu yeri tutub.

MEB-in məlumatlarına görə, Türkiyə daxilində müəllimlərin işlə təmin olunma göstəricisi 90,60% -dir. Bu sırada ikinci yeri  93,83%-lə İç Anadolu ərazisi tutub.

Növbəti yerlər isə 92,28 faizlə Şərqi Anadolu, 90,35 faizlə Cənub-şərqi Anadolu bölgəsinin olub.

Bunları 90,34 faiz göstərici ilə Akdəniz, 89,57%-lə isə Qara Dəniz izləyib.