Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 12:54:00
Qəbul imtahanlarında keçid balları aşağı düşəcək?- DİM sədrindən cavab

"Keçid ballarını biz müəyyənləşdirmirik. Bu ballar müsabiqə vəziyyətinə görə müəyyənləşir".

 

Azedu.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

 

O deyib ki, hər ixtisasa neçə nəfər imtahan verdiyinə, hansının üstünlük təşkil etdiyinə baxılır: "Hesab edirəm ki, müəyyən ixtisaslara müraciət yüksək olacaq. Keçid balını əvvəlcədən müəyyən etmək qeyri-mümkündür. Əvvəlcədən minimal şərtlər olur. Bu, dəyişməyəcək".