Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 14:51:00
11-ci siniflərin may ayındakı blok imtahanı təxirə salınacaq?-RƏSMİ

 

 

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq DİM tərəfindən 2020‑ci il 30 mart – 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də 5, 12, 19 aprel tarixlərinə aid buraxılış imtahanları təxirə salınıb.

 

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, daha öncə təxirə salınan 11-ci sinif buraxılış (qəbul) imtahanları, həmçinin martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

 


Dövlət İmtahan Mərkəzi vətəndaşları Nazirlər Kabineti tərəfindən müəyyən edilən özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud qabaqlayıcı tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırır.

 

 Bəs may ayındakı imtahanların tarixləri dəyişəcəkmi?  11-ci siniflərin may ayındakı blok imtahanı təxirə salınacaqmı?

 

AzEdu.az xəbər verir ki, DİM rəsmi facebook səhifəsində bildirib ki, hələlik sadəcə aprel ayında keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salınıb.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları