Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 20:24:20
Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə mükafatlandırılıb  

 

Qərbi Kaspi Universiteti Texnoparkının Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən və universitetin tələbəsi Azər Nemanlının rəhbərlik etdiyi komandanın işlədiyi “Vooby” startap layihəsi Türkiyənin İstanbul şəhərində keçirilən “İcatmakinesi” müsabiqəsində uğur qazanıb.

Universitetdən  AzEdu.az-a  bildirilib ki, “Vooby” 800-dək layihənin təqdim olunduğu finala vəsiqə qazanıb. Startap layihəsi ən innovativ 70 layihə arasında yer alıb. Layihə müəllifləri uğurlu iştiraka görə mükafatlandırılıblar. Münsiflər azərbaycanlı gənclərin layihəsinin innovativliyini və əhəmiyyətini xüsusilə qeyd ediblər. Bu platforma insanların heç bir ödəniş etmədən öyrənmək istədikləri dildə danışan başqa bir insanla online rejimdə ünsiyyət qurmaqla dil öyrənə bilmələrini təmin etməyi nəzərdə tutur.

 

Layihə rəhbəri deyib: “Bu platforma xarici dilləri öyrənmək istəyən insanları online rejimdə bir araya gətirir. Layihə, əlavə olaraq, dərsliklərlə təchiz edilib. Bu dərsliklər sayəsində dilöyrənmə daha da asanlaşır. Birisi öyrəndiyi dildə hansısa cümlə və ya sözü bilmədikdə bunu başqalarından soruşa bilər. Sadəcə, öyrənmək istədiyini hesabında paylaşmaq kifayət edir. Əsas üstünlük platformanın tam ödənişsiz istifadəyə verilməsidir. Mobil tətbiqi yükləyib heç bir çətinlik çəkmədən istifadə etmək mümkündür”.

 

Qeyd edək ki, layihə bu yaxınlarda Təhsil Nazirliyinin “Elektron təhsil” respublika müsabiqəsində birinci yerə layiq görülüb.