Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-14 14:12:00
“Məktəb rəhbərləri müəllimlərdən pul tələb edirlər” - Həbib Əlizadə

“Kütləvi şəkildə müəllimlər yerli təhsil idarəçilərindən, məktəb rəhbərlərindən şikayətlənir. Bunu xüsusən təhsil qruplarında və müəllimlərin statuslarında açıq-aydın görə bilərsiz. Mən hələ gizlədilən şikayətləri demirəm”.

AzEdu.az xəbər verir ki, bunu Lənkəran rayonu Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadə bildirib.

O, rayon məktəblərində müəllimlərə edilən təzyiqlərdən danışaraq bunları qeyd edib:

“Vəziyyət yaxşı deyil. O bəh-bəhlə, həvəslə sizlərə tanıtdığımız işini görmək istəyən gənc müəllimlər də direktorlardan, onların münasibətlərindən beziblər. Qarşıdan müəllimlərin işə qəbul imtahanı gəlir. İnsanlar min bir ümidlə işə başlayır. Sonra isə bezirlər. İnsanlara boş ümidlər vermək doğru deyil.

Müəllim sosial vəziyyətinə baxmayaraq faydalı işlər görmək istəyir, amma məktəb rəhbərləri onlara dəstək əvəzinə mane olur, pul tələb edir, problem yaradırlar. Ümid edirəm bununla bağlı kompleks tədbirlər görüləcək. Yoxsa hər hansı bir fərdi problemi həll etmək hələ uğurlu təhsil islahatı demək deyil”.