Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 14:29:00
Məcburi köçkün rayonları  niyə bağçalara həsrət qalıb?- Problem

Kəlbəcər – Laçın iqtisadi rayonunda ən az məktəbəqədər təhsil müəssisəsi Zəngilanda fəaliyyət göstərir.

AzEdu.az məlumat verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuəyə əsasən, bu bölgədə ən çox məktəbəqədər təhsil müəssisəsi Kəlbəcər və Laçında qeydə alınıb. Bu rayonların hərəsində 5 bağça fəaliyyət göstərir. Kəlbəcərdə 370, Laçın bağçalarında isə 185 azyaşlı təhsil alır.

Qubadlıda ümumiyyətlə, məktəbəqədər müəssisə qeydə alınmayıb.

Zəngilanda 2 məktəbəqədər müəssisədə 305 uşaq təhsil alır.

Bölgədə ən çox sıxlıq Zəngilan, ən az sıxlıq isə Laçında müşahidə edilib. Laçında 100 yerə düşən şagird sayı 47, sıxlığın çox olduğu Zəngilanda isə elə 100-dür. Kəlbəcərdə 100 yerə 79 azyaşlı düşür.

Ümumilikdə Kəlbəcər – Laçın iqtisadi rayonu üzrə 12 məktəbəqədər müəssisədə 860 azyaşlı təhsil alır.

Qeyd edək ki, AzEdu.az Azərbaycanın ayrı – ayrı bölgələrindəki məktəbəqədər təhsil müəssisələri, onların sayı və vəziyyəti ilə bağlı yazıları mütəmadi davam etdirəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları