Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-05 11:58:55
Müəllimə verilən töhmət hansı hallarda ləğv olunur? – Elə edin ki...

Müəllimləri ən çox maraqlandıran  biri məsələlərdən biri onlara verilən töhmətin ləğvi yolları ilə bağlıdır. Müəllim bunun üçün nə etməlidir? Ümumiyyətlə, töhmət və ya intizam tənbehinin vaxtından əvvəl ləğvi mümkündür?

AzEdu.az xəbər veri ki, bu məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəlləyə əsasən, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

Müəllim verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirər və müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa, direktor intizam tənbehini vaxtından əvvəl öz əmri ilə ləğv edə bilər.

İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində işini yüksək peşəkarlıqla gördüyünə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə, müəllim Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılsa, həmin gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

Həvəsləndirmə vasitələrinə isə aşağıdakılar daxildir:

-Pul və ya qiymətli əşyalar hədiyyə edilməsi;

-Əlavə məzuniyyət verilməsi;

-Əmək haqqına fərdi əlavə edilməsi;

-Daha yüksək məbləğdə fərdi sığorta edilməsi;

-Sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməsi.

Bundan əlavə, müəllim intizam tənbehi verilərkən direktorun onun hüquqlarının pozulduğunu iddia edərsə, fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. İntizam tənbehinin bu yolla da aradan qaldırılması mümkündür.

Qeyd edək ki, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra müəllimə töhmət verilə bilməz. Müəllimin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

Töhmət verilən gündən 6 ay müddətində qüvvədə olur. Bu müddət ərzində müəllim yeni xata törətməzsə, o, töhmət almamış hesab olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları