Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-13 23:04:00
Akademik Vasim Məmmədəliyev vəfat edib

Azərbaycan elminə böyük itki üz verib.

AzEdu.az-ın məlumatına görə,  şərqşünas alim, böyük ziyalı, "Qurani-Kərim"in Azərbaycan dilinə tərcüməçisi, akademik Vasim Məmmədəliyev haqqın dərgahına qovuşub.

Akademik son günlər xəstəxanada müalicə olunurdu.

Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

1978-ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasinin akademiki seçilib.

20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir. Əsərləri dünyanin 15-dən artıq ölkəsində nəşr edilib. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib.

Allah rəhmət eləsin.