Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 11:10:15
“Müəllimlərin çoxu “inkluziv təhsil” ifadəsinin mənasını belə bilmirdilər” – Ciddi problem  

“Müəllimlərin çoxu “inkluziv təhsil” ifadəsinin mənasını belə bilmirdilər. Yalnız  bir- iki müəllim müəyyən qədər izah edə bildi.  İnkluziv təhsil təkcə əlilliyi olan uşağın təhsili deyil. Sadəcə,  hüquqları daha çox pozuldugu üçün bu təhsil forması onlara istiqamətlənir”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında “İnkluziv cəmiyyət  naminə əlilliyi olan uşaqlara dəstək”  İctimai Birliyinin rəhbəri Ramilə Mahmudova səsləndirib. O bildirib ki, inkluziv təhsil hələ lazımı səviyyədə tətbiq edilməsə də, bu barədə müəyyən qədər təcrübə qazanılıb:

“Məktəblərin çoxunda inkluziv təhsil elə də yaxşı vəziyyətdə deyil.  Bu sahədə inkişaf üçün BP, Regional inkişaf istiqamətləri və s. davamlı tədbirlər keçirir. Bu təlimlər ilk olaraq  ibtidai sinif müəllimlərinə şamil edildi. Bir həftə müddətində çox gözəl nəticələr oldu. Artıq onlar inkluziv uşaqlarla dərs prosesini təşkil etməyi və digər məsələləri öyrəndilər. Əvvəl  sinifdə inkluziv təhsil alan bir uşaq olanda tələb olunurdu ki, dərs prosesində müəllimdən başqa mütəxəssis də  iştirak etsin.  Amma yeni metodlarda əsasən müəllim dərsi elə qurmalıdır ki, içəridə ikinci bir şəxəs ehtiyac olmasın”.

 O, qeyd edib ki,  digər uşaqların ona normal davranışı müəllimdən, valideyndən çox asılıdır:

“Birinci sinifdə oxuyan  şagird hələ uşaqdır. Bir-birinin qüsurunu görəcək, bunu qiymətləndirəcək yaşda deyil. Ona görə də  bir-biri ilə davranışlarında  heç bir problem yaranmır. Valideynlər burda aparıcı rol oynayırlar. Onlar həm bir-biri ilə, həm də müəllim ilə daimi əlaqədə olmalıdır. Öz qızım eşitmə problemlidir.  Məsələn, mənim uşağım öndə oturmalıdır. Onu müəllim arxaya keçirəndə, yaxud öndə oturduğu üçün  valideynlər narazılıq edəndə öz aramızda danışırıq, həll edirik”.

İnkluziv təhsil alan uşaqların materialı qavramasının sağlam uşaqlardan fərqləndiyinə  toxunan R.Mahmudova bildirib ki, onlar üçün xüsusi proqram hazırlanmayıb. Müəllimlər sadəcə, dərs prosesində dəyişiklik edə bilər. Belə uşaqlarda inkişaf ləng getdiyi üçün onunla daha çox məşğul olmaq zəruridir:

“Müəllimlərin bəziləri belə şagirdlərə vicdanla yanaşır, bəzilərini isə belə uşaqlar ümumiyyətlə maraqlandırmır.  Bir dəfə deyir,  ikinci dəfə kobud da danışa bilir.  Bu işlərlə bağlı müəllimlərlə əlavə motivasiyaedici işlər aparılmalıdır. Onlar üçün əlavə proqramların yaradılması nəzərdə tutulmur. Müəllimin öz planında kənara çıxmalar, yanaşmalar  ola bilər. Amma bəzi  dərsliklərin də hazırlanması planlaşdırılır. Məsələn, ağır görənlər üçün, fərqli əlifba ilə dərslik, yaxud otaqların texniki cəhətdən işiqlandırılmasında və s.  işlər görülə bilər”.

Bakı məktəblərində inkluziv təhsilin müəyyən qədər inkişaf etdiyini deyən metodist rayon məktəblərində bu sahənin geridə qaldığını vurğulayıb:

“Bakı məktəblərində bu sahədə  xeyli problem varsa, rayon məktəblərində bu ikiqatıdır. Rayon, kənd mühiti  fərqli olduğu üçün insanların qınağı, ətrafın baxışı və s. səbəblərə görə  onlar daha qapalı olurlar. Valideynlər belə uşaqları məktəbə göndərmirlər.  Eyni zamanda müəllimlərin də onlara münasibəti xoş deyil”.

Ayşə Müseyib

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK