Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 16:44:57
ABŞ-da universitet əməkdaşları silah dərəcəli plutonium itiriblər

ABŞ-ın Aydaho Dövlət Universitetinin əməkdaşları az miqdarda silah dərəcəli plutonium itiriblər və buna görə cərimə olunublar. 

AzEdu.az xəbər verir ki, ABŞ Nüvə Tənzimləməsi Komissiyası universitetin araşdırmalar üçün istifadə etdiyi 1 qram plutonium-239-u itirməsinə görə ali təhsil müəssisəsini 8,5 min dollar məbləğində cərimələyib. Komissiyadan maddənin 2004-cü ildən 2017-ci ilə qədər olan müddətdə yoxa çıxdığı bildirilib. Maddənin yeri hələ də müəyyənləşdirilməyib. Bununla belə, Komissiyadan bir qram materialın bomba hazırlamaq üçün kifayət etmədiyi bildirilib. Qeyd edək ki, plutonium-239 nüvə silahı yaratmaq üçün istifadə olunur. (Report)