Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-22 16:04:00
Müəllimlərə təhsil nobeli mükafatı təqdim edilib

Təhsil nobeli kimi tanınan "Global Teacher Awards”da (Qlobal müəllim mükafatı) 73 ölkədən 12 min müəllim iştirak edib.

AzEdu.az xəbər verir ki, təhsildə uğurlu hesab olunan layihələri ilə mükafata layiq görülən 100 namizədin səkkizi Türkiyə vətəndaşıdır.

Hindistanın paytaxtı Dehlidə təşkil olunan tədbirdə dünyanın müxtəlif ölkələrindən müəllimlər iştirak edib. İlk 100 yeri tutan müəllimlərə mükafatlar təqdim edilib.

 Həmin müəllimlərdən Zeliş Kurt "Qadın dəyişsə, cəmiyyət dəyişər" layihəsi ilə kənd qadınlarının əl işlərini satmaqlarına imkan yaradıb, qadınların sosiallaşması üçün layihələr təqdim edib. Həmçinin o, "Divarsız siniflər, azad uşaqlar" layihəsi ilə məktəbdən kənarda, açıq havada  dərsləri tədris etməyin yollarını təklif edib. Bu da təhsildə fərqlilik yaradan bir addım olaraq mükafata layiq görülüb.

Bundan başqa türk müəllimləri "Bir milyon məktəblinin kinoya baxmaq fürsəti yaranır" və "Paylaşdığın bir kitab, bir oyuncağın varmı? " və s. layihələr təqdim ediblər. Müxtəlif kəndlərdən 27 min şagirdin kinoya baxmasına, bağçalar, məktəblər və tədris məkanlarının kitab, dəftər, digər məktəb ləvazimatları ilə təmin olunmasına yardım edilib.

Ayşə Müseyib