Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 11:28:00
Azərbaycanlı gənc alimin məqaləsi beynəlxalq jurnalda dərc olundu

Azərbaycan Elm Assosiasiyasının həmsədri, gənc tədqiqatçı İnqilab Şahbazovun məqaləsi International Journal of Law, Crime and Justice jurnalında (impakt faktoru 0.846) nəşr edilib.

AzEdu.az xəbər verir ki, ''Exploring the attitudes of university students and criminal justice professionals towards electronic monitoring in Azerbaijan: a focus group study'' adlı kriminoloji araşdırmada bir sıra əhali qrupları üzrə respondentlərin alternativ cəza tədbirləri (elektron bilərzik) haqqındakı rəyləri öyrənilib.

Məlum olub ki, universitet tələbələri və hüquq-mühafizə orqanlarında çalışan 35 nəfərin əksəriyyəti elektron bilərziyin istifadəsini reabilitasiya imkanlarına görə dəstəkləsə də, onun potensial cinayətkarlarda qorxu yaratmaq gücünün zəif olduğu qənaətindədirlər.

Məqalə ilə bu link vasitəsilə tanış ola bilərsiz.