Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-28 14:13:31
Buraxılış imtahanında maksimum nəticə göstərən Şəhriyarın atası:“Oğlum imtahana birotaqlı evdə hazırlaşıb”

"Şəhriyar imtahana 1 otaqlı evdə kasıb ailədə öz zəhməti ilə hazırlaşıb. Onun həm atası, həm də müəllimi olmuşam"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı 21 apreldə keçirilən buraxılış imtahanlarında maksimum bal toplayan Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunu Şəhriyar Səmədovun atası Şahin Səmədov deyib. O bildirib ki, oğlu hər zaman çalışqanlığı ilə seçilib:

"Həm müəllim, həm jurnalistəm. Övladımı Azərbaycan dili fənnindən özüm hazırlaşdırmışam. Kasıb ailəyik. Şəhriyar imtahana 1 otaqlı evdə öz zəhməti ilə hazırlaşıb. II ixtisas qrupuna imtahan verib və Riyaziyyatdan bir sualda səhv etdiyini söyləyir. Bununla belə, oğlum yay qəbul imtahanlarında iştirak edib 700 bal toplamaq niyyətindədir".

Xatırladaq ki, 21 apreldə keçirilən buraxılış imtahanında 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları)  onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları