Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-05 11:58:00
Professor “Döyüş klubu” filmi haqqında yazdığı bir cümlə üçün tələbəyə ən yüksək qiyməti yazdı - FOTO

Amerikada tələbə evə verilən tapşırığı maraqlı şəkildə yerinə yetirib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Allison Garret adlə tələbə ən az 500 işarədən ibarət olmalı təhsili 1 cümlə ilə ifadə edib və ən yüksək qiyməti alıb.

Maksimum 100 bal toplayan tələbə əslində çalışma qaydalarını pozub. Ən az 500 işarədən ibarət olmaq şərtilə hansısa film barədə təhlil yazılması tapşırılıb. Allison Garret isə film seçimi edərkən “Döyüş Klubu” barədə yazmağa qərar verib.

Yazdığı tək cümlə belədir:“Döyüş klubunun ilk qaydası, Döyüş klubu haqqında danışmamaqdır”.

Qeyd edək ki, Döyüş klubu (Fight Club) 1999-cu ildə ABŞ-da Devid Finçer tərəfindən Çak Palanikin romanının motivləri əsasında çəkilib."IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Filmin başlanğıcında Döyüş klubuna üzv olanlara verilən əsas tapşırıq bu barədə heç yerdə danışmamaq olur.