Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-30 11:11:00
Direktorluğa qəbulda magistratura təhsili nəzərə alınır? - Ən çox verilən sualın cavabı

Direktorların işə qəbulu müsabiqəsində uğur qazanan namizədlərin bir qisminin də təyinatı bəlli oldu. Direktorların təyinatı təhsil cameəsinin diqqətində olduğuna görə, bu vəzifəyə sahib olmaq istəyən, pedaqoji təcrübəsi olan müəllimlər də direktorluöun tələbləri ilə maraqlanırlar. Onları ən çox maraqlandıran sual isə budur:

Sual:

Magistratura təhsili direktorluq üçün önəm daşıyır? Direktor olmaq istəyənlərdən 5 il pedaqoji təcrübə tələb edilir. 3 il pedoqoji staj, 2 il isə magistratura təhsili ilə direktorluğa namizədlik vermək olar?

Cavab:

Xeyr. Magistratura, hətta doktorantura təhsili də direktorluğa namizəd olmaq üçün əhəmiyyət daşımır. Təbii ki, bu təhsil pillələri fərdi olaraq şəxs üçün üstünlükdür.

Amma direktorluğaa namizədlər pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilə, 5 ildən az olmayaraq pedaqoji təcrübəyə sahib olmalıdırlar. Üstəlik bu şəxslərin hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olması da əsas şərtdir. Yalnız təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcə və elmi ada sahib şəxslər üçün 3 il pedaqoji təcrübə kifayətdir.

Qeyd edək ki, direktorların işə qəbul imtahanı test və müsahibə mərhələlərindən ibarətdir. İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur.  Ümumi sualların 40%-i (24 bal) təşkil edən keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları