Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-28 16:35:00
"Ümumi təhsil haqqında" qanun layihəsi sabah qəbul olunacaq - Komitə sədri

“Təhsil haqqında” qanuna dəyişiklik layihəsində əsaslı bir yenilik yoxdur. Sadəcə “Peşə təhsili haqqında” qanuna dəyişiklik olacaq.  “İlk peşə təhsili  ixtisas sözü” “peşə təhsili” sözü ilə əvəzlənir. Ona uyğun da aidiyyatı qurumlar da düzəlişlər edəcək”. 

AzEdu.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında  Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. 

Komitə sədri bildirib ki, hələlik “Ali təhsil haqqında” qanun layihəsinin hazırlıqlarına başlanılmayıb. 

“Hələ "Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirələri başa çatmayıb. Bildiyiniz kimi, ikinci oxunuşdan keçib. Sabahkı  plenar iclasda isə sonuncu-üçüncü oxunuşda müzakirələrə çıxarılıb qəbul olunacaq. 

Bu qanun layihəsi  müzakirə olunduqdan və qayğılarımız bitdikdən sonra  “Ali təhsil haqqında” qanun layihəsinin hazırlıqlarına başlayacağıq. Aprelin sonu və mayın əvvəlində İşçi qrupu yaratmaq barədə fikirləşəcəyik. İşçi qrupu yarandıqdan sonra konkret işə başlamaq olacaq”.