Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-25 15:09:00
Müəllimlər üçün qızıl qaydalar – Şagirdlər dərsi bu üsullarla daha tez yadda saxlayırlar

Dərsdə izah olunanların sonradan xatırlanması yaxşı dərs keçmək və şagirdləri ələ almaq qədər önəmlidir. Araşdırmalar müəyyən edib ki, şagird dərsin əvvəli və sonunda deyilənləri digərləri ilə müqayisədə daha yaxşı xatırlayır. Amma dərsi yaddaqalan etmək həm də müəllimin əlindədir.

AzEdu.az dərsi şagirdin yaddaşına uzunmüddətli həkk etmək üçün müəllimlərin əməl etməli olduğu qızıl qaydaları təqdim edir:

Qızıl dəqiqələrdən maksimum yararlanın

Dərsin ən dəyərli vaxtları ilk və son 10 dəqiqəsidir. Amma təəssüf ki, müəllimlər bu vaxtı daha yaxşı dəyərləndirməli olduğu halda onu ya jurnal yazmaq üçün saxlayır, ya da dərsin əvvəlində şagirdlərin sinifdə olub olmadığını yoxlamağa sərf edir. Halbuki bu müddət ərzində deyiləcək hər söz şagirdin yaddaşında uzunmüddətli qala bilər. Məktəbli gününü dəyərləndirərkən də daha çox dərsin əvvəlini xatırlaya bilir.

Təkrarın gücünü gözardı etməyin

Öyrəndikdən dərhal sonra bilik yaddaşın pik nöqtəsindəykən edilən təkrar onu uzun müddət xatırlamağa kömək edir. Dərsin başlanğıcı və sonu arasındakı “ölü zaman” adlandırılan vaxtdan təkrar üçün istifadə edə bilərsiniz. Ilk 10 dəqiqədən sonra təkrar edildikdə şagirdin dərsi 24 saat yadda saxlama ehtimalı artır. Bir gün, bir həftə,  bir ay sonra ediləcək təkrarlar nəticəsində bilik uzunmüddətli hafizəyə keçə bilir.

Şagirdlər üçün yeni bənzətmə və metaforalardan istifadə edin

Peşəkar müəllimlərin ən çox istifadə etdiyi metod budur.  Vurğulamaq istədiyiniz, əzbər tələb edən cümlələri  zarafat və yadda qalan cümlələrlə deməyi unutmayın. Bu, şagirdin öyrəndiyini uzun müddət yadda saxlamasına kömək edir.

Dərsdə daha çox şagirdin fəal iştirakına şərait yaradın

Klassik təhsil sisteminə görə, şagird yalnız əl qaldırıb icazə aldıqdan sonra danışma haqqı qazanır. Bu, utancaq şagirdlərin tədris prosesindən kənarda qalmasına səbəb olurdu. Fəal təlimmetodlarına görə isə artıq müəllim bələdçi(fasilitator) rolunu oynayır. Şagirdin öhdəsinə qalan isə fəal olmaq, araşdırmaq, kəşf etməkdir. Sinif yoldaşlarının da müəllimin dediyinə müdaxilə etməsi onu şagird üçün daha yaddaqalan edir. Məsələn, şagirdlərdə videoda bəhs edilən mövzu ilə bağlı sual yazmasını istəmək və ya müəllimə mövzu ilə bağlı ən maraqlı sual verəni mükafatlandırmq bu metodlara missal ola bilər.

Son dəqiqələr – səmərəli istifadə

Qeyd etdiyimiz kimi, şagird dərsin əvvəlində və sonunda deyilən cümlələri daha yaxşı xatırlayır. Bu məqamdan yararlana  bilmək üçün dərsin son 5 dəqiqəsində şagirdlərdən dərsdə izah olunanları yazmalarını istəyə bilərsiniz. Çox vaxt isə dərsin sonunda yorğun olan  müəllim bu müddəti şagirdlərə “bağışlayır”. Halbuki, son 5 dəqiqədə “bugünki dərsdə çox yaxşı iştirak etdiniz. Dərsin sonuna qədər sərbəstsiniz” demək ən lazımlı dəqiqələrin boşuna xərclənməsi mənasına gəlir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları