Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-24 11:53:20
Terrordan qaçaraq Amerikada gizlənən məktəbli – Səkkiz yaşlı çempion şahmatçı

Səkkiz yaşlı Nigeriyalı qaçqın Nyu-Yorkda keçirilən şahmat yarışında çempion olub.

AzEdu.az xəbər verir ki, ailəsi ilə birlikdə qaçqınlar üçün nəzərdə tutulan yataqxanada yaşayan Tanitoluwa Adewumi ötən həftə öz yaş qrupu kateqoriyası ilə yarışaraq birincilik qazanıb. 

Tanitoluwa (qısaca Tani deyə çagırırlar) cəmi bir il əvvəl şahmat oynamağı öyrənsə də, "ən gənc şahmat ustası" adını qazanmaq üçün sürətlə irəliləyir.

Taninin həyat hekayəsi...

Tani anası, atası və böyük qardaşı ilə birlikdə 2017-ci ildə şimali Nigeriyadakı Boko Haram terror təşkilatının hücumlarından qaçaraq Amerikaya gəlib.

Adewumi ailəsi Nyu-York şəhərinə köçdükdən sonra 2018-ci ildə Tanini dövlət məktəbinə yazdırıblar. Beləcə balaca Nigeriyalı ilk dəfə elə bu məktəbdə şahmat oynamağı öyrənib. Tani bu gün öz yaş qrupuna görə, ölkənin ən yaxşı şahmatçısı hesab edilir.

Səkkiz yaşında bu qədər bacarıqlı olması onun məktəbdəki şahmat proqramını pulsuz olaraq davam etdirməsinə səbəb olub.

Məktəbin şahmat proqramını idarə edən Russell Makofsky, Taninin evinin olmasını çox istədiyi və Tanini buna layiq gördüyü üçün xeyriyyə kampaniyası başladıb. Gənc müəllim kampaniyada indiyə qədər 94 min dollar toplamağı bacarıb.