Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 11:52:11
Bağçadan  bütün  oyuncaqlar  yığışdırıldı – Müdirə səbəbi bu cür açıqladı  

Berlindəki  bir  uşaq bağçasında  "oyuncaqsız məktəb" layihəsinə start verilib. 

AzEdu.az xəbər verir ki, həmin uşaq bağçasında uşaqların oynaması üçün bütün oyuncaqları - maşınlar, gəlinciklər, kiçik plastik heyvan fiqurları, intellektual oyunlar, rəsm vəsaitləri – ortadan qaldırıblar. 

Layihə ərzində (bir neçə həftə) bağçada oyuncaqlar olmayacaq və müəllimlər uşaqlara nə oynayacaqlarını söyləməməlidirlər. 

Bu təcrübə sərt görünsə də, ekspertlər layihənin pedaqoji əhəmiyyətli olduğunu qeyd edirlər. Layihənin məqsədi gələcəkdə uşaqların həyat bacarıqlarını - həyatda qalma, təkbaşına ayaqdadurma gücünü artırmaqdır.

“Heç bir oyuncaq olmadıqda uşaqlar öz ideyalarını inkişaf etdirəcək zamanı tapa bilirlər" deyə layihə rəhbəri, bağça müdiri  Elisabeth Seifert qeyd edir. Onun sözlərinə görə, belə olanda uşaqlar birlikdə daha çox oynayır, psixososial bacarıqlarını daha yaxşı inkişaf  etdirirlər.

Layihə rəhbəri hesab edir ki, bu təcrübə onlara özlərini anlamağı və sevməyi, yaradıcı və tənqidi düşünməyi, problemləri həll edə bilmək, səhvlərin öhdəsindən gəlmək kimi müsbət keyfiyyətləri aşılayır.

“Oyuncaqsız uşaq bağçası” Almaniyada yeni bir ideya deyil. Bu ideya 1980-ci illərə aiddir...

“Oyuncaqsız bağça”nın qaydaları çox sadədir: üç aylıq müddət ərzində bütün oyuncaqlar ortadan qaldırılır və yalnız mebellər, ədyal və yastıq kimi şeylər qalır. Layihə başlamazdan əvvəl müəllimlər uşaqların valideynləri ilə görüşüb danışırlar ki, onlar da vəziyyətin necə olduğunu anlasınlar. Layihə başlandıqda müəllimlər oyunu idarə etmək əvəzinə uşaqları müşahidə etməyə başlayır.

Bu gün Almaniyadan başqa İsveçrə və Avstriyada da buna bənzər layihələr tez-tez keçirilir. Digər ölkələr də bu layihəylə zaman-zaman maraqlanırlar. Mediada yayılan bir xəbərə görə, ilk “oyuncaksız uşaq bağçası” olan Penzberg uşaq bağçasına layihənin tətbiqindən sonra Çindən xüsusi “zəng gəlib”.

Lakin layihə bəzi ölkələrdə, məsələn, Amerikada “özünü tuta bilməyib”.