Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-17 10:55:14
"Heç bir halda imtahanlara insan müdaxilə edə bilməz"-DİM sədri

“Buraxılış və qəbul imtahanlarının suallarını heç kim seçmir. Onlar proqram tərəfindən təsadüfi seçilirlər. Heç bir halda bu proseslərə insan müdaxilə edə bilməz”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda keçirilən konfransdakı çıxışanda deyib.

O, qeyd edib ki, buraxılış və qəbul imtahanlarının suallarını heç kim seçmir. Onlar proqram tərəfindən təsadüfi seçilir:

“Heç bir halda bu proseslərə insan müdaxilə edə bilməz. Proses qapalı şəraitdə keçirilir.  Bunu təşkil etmək üçün il boyu çalışırıq. İmahanın təşkili alqoritm əsasında aparılır. Burada iştirak edən hər nəzarətçi bazada var. Qara bazamız da mövcuddur. Ora düşən çıxa bilmir. İmtahanı müxtəlif regionlarda keçirik”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları