Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-12 12:51:00
DİM yeni qəbul qaydaları ilə bağlı seminarlar keçirəcək

Dövlət İmtahan Mərkəzi yeni qəbul qaydaları ilə bağlı Xızı şəhərində 16 noyabr 2018-ci il tarixində seminarlar keçirəcək.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin keçirəcəyi seminarların proqramını təqdim edir:

16 noyabr 2018-ci il

İclasın başlanma vaxtı: saat 12:00

İclasın keçiriləcəyi ünvan: Xızı Şəhər Heydər Əliyev Mərkəzi (H.Əliyev prospekti)

Plenar iclas

2019-cu ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının tətbiqi nəzərdə tutulan yeni qaydaları haqqında

Məleykə xanım Abbaszadə – Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri

Riyaziyyat fənni üzrə seminar

1. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiqi nəzərdə tutulan yeni qəbul modeli haqqında

Afiqə Batıyeva – Dövlət İmtahan Mərkəzinin şöbə müdiri

2. Qəbul imtahanı proqramı, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında

Aydın Qasımov – Dövlət İmtahan Mərkəzinin sektor müdiri

Fizika fənni üzrə seminar

1. Qəbul imtahanı proqramı, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında

Əlövsət Rəcəbli – Bakı Modern Təhsil Kompleksinin müəllimi