Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-02 14:47:00
AzEdu.az-ın çat xidməti yeniləndi – Rektorlara sual və əlavə imkanlar

AzEdu.az Azərbaycan təhsil portalı oxuculara - çoxsaylı təhsil kontingentinə (şagird, müəllim, tələbə, valideyn) təqdim etdiyi xidmətə əlavələr edib.

Portalın “sualların onlayn cavablandırılması” xidmətinə bu gündən etibarək “rektora sual” hissəsi də əlavə olunur.

Bu xidmət vasitəsilə siz, təhsil məsələləri üzrə bütün suallarınızı, həmçinin,  bizə yönləndirə bilərsiniz.

Sualınızı yönləndirmək üçün saytın aşağı sağ küncündə yerləşdirilən “sualınız varmı?” pəncərəsində ad-soyadınızı (mütləq) və e-mail ünvanınız, telefon nömrənizi (əgər varsa) yazmağınız kifayətdir.

Qeyd edək ki, onlayn müraciət vasitəsilə suallar həftənin bütün günləri saat 09:00-dan 18:00-a  kimi operativ şəkildə cavablandırılacaq. İş saatından kənar vaxtlarda göndərilən sualların cavabları isə növbəti iş günündə sizə göndəriləcək.

Onlayn müraciət vasitəsilə göndərilən suallar peşəkar təhsil ekspertləri və bu profilə uyğun rəsmi dövlət qurumlarına yönləndiriləcək. “Rektora sual” hissəsində ünvanlanan sualların cavabları isə bir həftə ərzində sizə təqdim olunacaq.

Xidmət vasitəsilə ali məktəb tələbələri onları düşündürən sual və təkliflərini yaza biləcəklər. Lakin tələbələrdən sualı yazarkən kimə (hansı rektora) ünvanladıqlarını da qeyd etmələri xahiş olunur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, ayrı-ayrı universitet, kollec və liseylərə ünvanlanan suallar portalın əməkdaşları vasitəsilə adıçəkilən qurumlara koordinasiya ediləcək.

Həmçinin, cari təhsil məsələləri, təhsil qanunvericiliyi ilə bağlı suallar rəsmi nümayəndələr, adıçəkilən dövlət qurumlarının əməkdaşları tərəfindən cavablandırılaraq, müraciət müəllifinə çatdırılacaq.

Onlayn müraciət vasitəsilə qəbul və buraxılış imtahanları, Müəllimlərin İşəqəbul İmtahanları, Diaqnostik Qiymətləndirmə, yerdəyişmə, sertifikasiya  və kurikulum məsələləri, xaricdə təhsil bilgiləri – bir sözlə, təhsilə aid hər suala  cavab tapa bilərsiniz.

Xidmətin yaradılmasında əsas məqsəd portalımıza ünvanlanan oxucu suallarını rəsmi qurumlarla birlikdə daha dolğun cavablandırmaq və oxucu məmnuniyyətini qazanmaqdır.