Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 18:00:00
IX sinif buraxılış imtahanlarının yeni qaydaları- Nələr dəyişib?

AzEdu.az IX sinif buraxılış imtahanları üçün tələb olunan fənn və maksimal balları təqdim edir.

Bu barədə AzEdu.az-a Kamran Əsədov məlumat verib. O qeyd edib ki, 2019-cu ildə IX sinif buraxılış imtahanı ikimərhələli keçiriləcək. Şagirdlər I mərhələdə Ana dili, Riyaziyyat və Xarici dil fənlərindən imtahan olunacaqlar.
Ana dilindən(Azərbaycan və ya rus dilləri)  maksimum bal 30-dur. 2 mətn , hər mətnə aid isə 10 tapşırıq veriləcək. Onlardan 5-i yazı tələb olunan açıq, 5-i isə qapalı olacaq.

Riyaziyyat da eyni qayda ilə keçiriləcək.

Xarici dil fənnindən də maksimum bal 30 nəzərdə tutulub. Cəmi 15 tapşırıq təqdim olunacaq. Şagirdlər üçün buraxılış imtahanında dinləmə mətni nəzərdə tutulub. Bu, publisistik və ya dialoq formatında olacaq. Ona aid 4-ü qapalı, 2-i isə açıq olmaqla 6 tapşırıq veriləcək.

Oxuyub-anlama mətni üçün isə 5-i qapalı, 4-ü açıq olmaqla 9 tapşırıq nəzərdə tutulub.

II mərhələdə də şagirdlər eyni fənlərdən imtahan olunacaqlar. Bu dəfə isə bütün fənlərdən maksimal bal 70 nəzərdə tutulub. Fənnlər üzrə 30 qapalı test tapşırığı veriləcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları