Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 15:30:00
Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/