Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 16:48:00
Müğənnilərin bitirdiyi məktəb və universitetlər – Aygün, Röya, Natəvan harada oxuyub?

Sənət  adamları, ictimai şəxslər, idmançılar, media nümayəndələrinin  özlərinin məktəblə, şagirdlik illəri ilə, oxuduqları kitablar, təhsil uğurları ilə bağlı rubrikalara start verən AzEdu.az bu dəfə Azərbaycan səhnəsində  tanınan, sevilən müğənnilərin oxuduqları orta məktəbi sizin diqqətinizə çatdırır.

Azərbaycanın səhnəsinin sevilən müğənnisi, Xalq artist  Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyub.  Məktəb illərində   o, bütün müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilib.   Mədəni Maarif texnikumunda oxuyan Aygün Kazımovanın təhsilini müəyyən səbəblərdən yarımçıq qoyur.

Azərbaycanın əməkdar artisti  Röya Ayxan 1982 -ci il iyun ayının 14-də   dünyaya gəlib.  Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub.

Elnarə Xəlilova  1 oktyabr  1980-ci ildə Bakıda  anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə  isə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universiteti  qırmızı diplomla bitirib.

Natavan Həbibi  20may  1981-ci ildə Türkmənistanın Krasnovodsk   şəhərində anadan olub. Daha sonradan Azərbaycana  köçüb. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-ci ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb.

Şəki rayonunun Böyük Dəhnə kəndində  anadan olan Xalq artist Gülyanaq  Məmmədova  1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbə gedib. O, 1992-1996-cı illərdə A.Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində, 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “musiqili teatr və kino aktyoru” fakültəsində aktyor ixtisası üzrə təhsil alıb.  Gülyanaq xanım 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

Azərbaycanın xalq artisti, xanəndə  Gülyaz  Məmmədova 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1977-1987-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988-1992-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində   təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "solo oxuma" xanəndəlik fakültəsində təhsil alıb.

İrəvan şəhərində anadan olan Xalq artist Mübariz Tağıyev  Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə də məşğul olub.

Azərbaycanın və Dağıstanın Xalq artisti, Azər Zeynalov  1964-cü il dekabrın 13-də Naxçıvan   şəhərində ziyalı ailəsində anadan olub.  1969 -cu ildən Bakıda yaşayan Azər  1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə gedib. 

Bakı şəhərində  anadan olan Azərbaycan Respublikasının xalq artisti Zülfiyyə  Xanbabayeva  61 nömrəli orta məktəbə gedib. O, məktəbi bitirdikdən sonra 1985–ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub. 

Əməkdar artist, qeyri-adi ifa tərzi seçilən Elza Seyidcahan   Siyəzən   şəhərində anadan olub. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olub  daha sonra 1977-1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirib. Elza xanım  1982-1987-ci illərdə S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994-2000-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil alıb.

Əməkdar artist Abbas Bağırov Tovuz şəhərində ziyalı ailəsində anadan olub. O, 1988-ci ildə Gəncə şəhərində  34-nömrəli orta məktəbə daxil olub daha  eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində  fortepiano   üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib.  O,    Tərtər rayonunda yerləşən   Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün  Bakı  şəhərinə gəlib və vokal sənətini ciddi   öyrənərək müxtəlif sənətkarlardan dərs alıb.

Günel Yaşarqızı

Günel Yaşarqızı
Müəllifin digər yazıları