Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 10:20:00
Dünya təhsili haqqında hamını təəccübləndirəcək  ƏN SON STATİSTİK GÖSTƏRİCİLƏR

 

AzEdu.az “Vokruq sveta” jurnalının sentyabr nömrəsinə istinadən təhsillə bağlı maraqlı statistikanı təqdim edir:

Dünyada yaşı 15-dən yuxarı olan savadsız insanların sayı 750 milyon nəfəri ötür. 
Bunların 265 milyonu Hindistanın, 51 milyonu Pakistanın, 31 milyonu isə Banqladeşin payına düşür.

Avropada ən çox savadsızlar İspaniya və İtaliyadadır. İspaniyada-687 min, İtaliyada-590 min nəfər savadsızdır. 

Ali təhsililərin faizini nəzərə alsaq, dünyanın “10 ən savadlı ölkəsi bunlardır:

Cənubi Koreya 30%, Sinqapur 29,7%, İrlandiya 26,8%, ABŞ 26,8, Rusiya -24,7%, Ukraina -24,6%, Kanada-22,7%, Yunanıstan-22.5%, Kipr-20,8%, İsrail -20,3%.

Dünyada təhsilin orta hesabla ən çox davam etdiyi 10 ölkə sırasında isə ilk yerdə Avstraliya gəlir:

Avstraliya-22,9 il, Belçika-19,8 il, İrlandiya-19,6 il, İslandiya-19.3 il, Finlandiya-19,3 il, Danimarka-19,1 il, Yeni Zelandiya-18,9 il, İsveç-18,6 il, Kürasao-18,4 il, Niderlandlar-18 il.

Dünyada təhsilin orta hesabla ən az davam etdiyi10 ölkə isə bunlardır:
Nigeriya-5,3 il. Eritreya-5,4 il, Cibuti-6 il, Mərkəzi Afrika ölkələri-7 il, Mali-7,3 il, Sudan-7,4 il, Çad-8 il, Tanzaniya-8,2 il, Mavritaniya-8,3 il, Efiopiya-8.4 il. 

Dünyada məktəb yaşı çatmış  62 milyon uşaq məktəbə getmir. Pakistanda –onların sayı 5 milyon, Hindistanda  3 milyon, İndoneziyada isə 2, 4 milyondur.(Material təhsil eksperti Etibar Əliyevin tərcüməsində təqdim olundu)

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları