Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 18:11:00
Şagirdlər fiziki məhdudiyyətli müəllimləri üçün araba hazırlayıblar

Fiziki məhdudiyyətli müəllimlərin yaşadığı çətinliklərdən təsirlənən orta məktəb şagirdləri bundan əziyyət çəkənlərin həyatını asanlaşdırmaq üçün günəş enerjisi ilə çalışan əlil arabası hazırlayıblar.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyəni Buca kəndindəki Ötükən orta məktəbinin şagirdləri üzərinə günəş paneli yerləşdirdikləri arabanın arxasını motosiklet motoru taxmaq üçün genişləndiriblər. Onlar bu kəşf üçün mütəxəssislərdən də məsləhət aldıqlarını deyiblər.

8-ci sinif şagirdi Ahmet Şatır müəllimi Ulaş Ceylanın xəstəlik səbəbindən gəzə bilməməsindən təsirlənərək fiziki məhdudiyyətlilərin həyatını asanlaşdırmaq məqsədilə dostlarını da bu işə cəlb edib.

Qeyd edək ki, şagirdlər təxminən yeddi aydır üzərində işlədikləri arabanın ləvazimatlarını ikinci əl əşyalar satılan yerdən aldıqlarını deyiblər. Araba tam enerji ilə 1 saat 15 dəqiqə işləyə bilir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları