Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 08:41:00
Məktəblilərin qış tətili başlayıb

Bu gündən ümumi təhsil müəssisələrində qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Təhsil Nazirliyindən  AzEdu.az-a verilən məlumata görə, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beş günlük tədris həftəsi ilə işləyən  məktəblərdə isə fevralın 3-ü dərs günüdür. 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.