Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 12:02:00
Əksəriyyət yeni qəbul modelini uğurlu saymır - SƏBƏB

“Respondenlərin 52%-i (203 nəfər) builki yeni qəbul modelini Azərbaycanın təhsil sistemi üçün heç faydalı hesab etmir”.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Yeni imtahan modelini 35%-i (138 nəfər) qismən faydalı hesab edir, 13%-i (50 nəfər) isə çox faydalı hesab edir.

Sorğuda iştirak edən valideyn və müəllim respondentlərin yalnız 10%-i yeni qəbul modelini Azərbaycanın təhsil sistemi üçün çox faydalı hesab edir, 32,5%-i qismən faydalı hesab edir. 42,5% respondent bu fikirdədir ki, yeni modelin təhsil sistemimiz üçün heç bir faydası yoxdur, 15% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələrindən belə aydın olur ki, respondentlərin ümumilikdə 50%-dən çoxu yeni modeli təhsil sistemimiz üçün faydalı hesab etmir.

Müsahibədə iştirak edən MM-in Elm və təhsil komitəsinin üzvləri ümumilikdə yeni modelin faydalılığı haqqında fikir yürütməyin hələ tez olduğu qənaətindədirlər:

 “Azərbaycan təhsilində də müvafiq olaraq beynəlxalq standartlara cavab verən bir sistem olmalıdır. Bu modelin faydalı olub-olmaması haqqında danışmaq hələ ki tezdir. Çünki bu model birinci dəfədir ki, tətbiq olunub və hansı nəticələri verəcəyi hələ bilinmir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları