Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-12 16:10:00
Ali məktəblərə qəbul proqramı nə zaman açıqlanacaq?-DİM-dən cavab

Yeni tədris ilinin başlanmasına az bir müddət qaldığına görə doktorantura, qəbul imtahanlarının vaxtı, ali məktəbə qəbul proqramları ilə  bağlı  redaksiyamıza çoxsaylı suallar ünvanlanır.

AzEdu.az həmin sualları müfaviq rəsmi quruma əsaslanaraq cavablandırır.

Məlum olduğu kimi yanvar ayında təhsilin doktorantura pilləsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili imtahanı keçiriləcək.

DİM-dən AzEdu.az-a verilən məlumata görə  imtahanın vaxtı və sualların hansı tipdə olması ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəkdir.

Eyni zamanda  bu ay ərzində ali məktəblərə qəbul proqramlarının təqdim olunması ilə bağlı məsələlər haqqında məlumat veriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, ali məktəblərə qəbul imtahanların vaxtı isə yanvar ayından etibarən açıqlanacaq.

Ayşə MÜSEYİB