Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 12:56:00
Rektor: "Prezident bizdə ümid və inam yaratdı”

“Prezidentin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışı bizdə ümid və inam yaratdı”.

AzEdu.az xəbər verir ki, bu sözləri BDU-nun rektoru Elçin Babayev doktorant və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimidə deyib.

O, qeyd edib ki, cənab prezident İlham Əliyev BDU-nun 100 illiyinə xüsusi önəm verib.

“BDU-da keçirilən tədbirdə cənab prezident bir çox məsələlərə toxundu. İstər ideoloji istərsə də elmi istiqamətdə bizə bir çox təkliflər verdi. Bu bizi çox mütəxəssir etdi”.

Qeyd edək ki, konfransda iştirak üçün müraciət etmiş 500 doktorant və gənc tədqiqatçının məruzələri 15 bölmə üzrə dinləniləcək. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları