Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 09:47:00
Fənlər üzrə hazırlıq kurslarının məşğələləri keçirilib

25 - 29 noyabr 2019-cu il tarixlərində Azərbaycan dili, ingilis dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

AzEdu.az xəbər verir ki,ngilis dili və rus dili fənləri üzrə məşğələlərin mövzusu tapşırıqların qiymətləndirmə meyarlarına aid olub. Mövzu ilə bağlı fənn üzrə moderatorlar təqdimatla çıxış ediblər.

Azərbaycan dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix və coğrafiya fənləri üzrə məşğələdə isə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının təqdimatı olub.

Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Növbəti həftə məşğələlər davam etdiriləcək.