Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-11 16:51:00
Təltif edilən təhsil işçiləri, yeni qaydalarla aparılan diaqnostik qiymətləndirmə-Həftənin icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Azərbaycanda müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq

Bu barədə “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə Təhsil naziri Ceyhun Bayramovun əmrində nəzərdə tutulub.

Əmrdə qeyd olunub ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə edib və ümumilikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib. Bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının, Respublika İncəsənət Gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına musiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin sosial rifahının artırılması, eyni zamanda ümumi təhsil müəssisələrində çalışan psixoloqların peşəkarlıq səviyyələrini və təlim ehtiyaclarını müəyyənləşdirmək  məqsədilə həmin kateqoriyaya daxil olan təhsilverənlərin 2019-cu ilin sonunadək diaqnostik qiymətləndirməyə cəlb olunması zərurəti yaranıb.

Ötən həftədə həm də baş nazir diplom və attestatlarla bağlı  qərar verdi  

Nazirlər Kabineti fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların, dosent və professor elmi adları barədə attestatların formalarını təsdiq edib.

Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həmin elmi dərəcələri təsdiq etmək məqsədilə verilir.

Fəlsəfə doktoru diplomu 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir. Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri yazılır.

Diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “FƏLSƏFƏ DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində “FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Fəlsəfə doktoru diplomunun cildi tünd göy rənglidir. Nömrələnmə Fəlsəfə Doktoru Diplomu üçün “FD” (fəlsəfə doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

Elmlər Doktoru Diplomu 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir. Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “ELMLƏR DOKTORU DİPLOMU” sözləri yazılır. Diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “ELMLƏR DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində “ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Nömrələnmə elmlər doktoru diplomu üçün “ED” (elmlər doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir. Komissiya fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə verdiyi diplomların uçotunu aparır. Diplom Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

Dosent Attestatı 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Dosent Attestatı açıq mavi rənglidir. Attestatın ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “DOSENT ATTESTATI” sözləri yazılır. Attestatın digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “DOSENT ATTESTATI ELMİ AD HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə attestatın seriyası və nömrəsi, sağ aşağı hissəsində “DOSENT ELMİ ADI VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və attestatın verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Attestat qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “DOSENT ATTESTATI” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Dosent attestatının cildi tünd göy rənglidir. Nömrələnmə Dosent Attestatı üçün “DS” (dosent) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

Professor Attestatı 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Professor attestatı açıq çəhrayı rənglidir. Attestatın ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “PROFESSOR ATTESTATI” sözləri yazılır. Attestatın digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “PROFESSOR ATTESTATI ELMİ AD HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə attestatın seriyası və nömrəsi, sağ aşağı hissəsində “PROFESSOR ELMİ ADI VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və attestatın verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Attestat qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “PROFESSOR ATTESTATI” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Professor attestatının cildi tünd qırmızı rənglidir. Nömrələnmə Professor Attestatı üçün “PR” (professor) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir. Komissiya dosent və professor elmi adı barədə verdiyi attestatların uçotunu aparır. Attestat Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

Bəzi təhsil qurumları  birləşdirildi

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının Təhsil İnstitutuna, Respublika Bədən Tərbiyəsi Mərkəzinin “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilməsi və Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Azərbaycan Respublikasının Təhsil İnstitutuna birləşdirilsin.

Qərarla Respublika Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliyə gəlincə, “Əlavə təhsil müəssisələri” bölməsi ləğv edilib. Eyni zamanda, “Məktəbdənkənar təhsil müəssisələri” bölməsinin 3-cü hissəsi ləğv olunub.

Həmçinin, “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” bölməsinin 6-cı və 15-ci hissələri ləğv edilib.

Təhsil Nazirliyi Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

 

Ötən həftədə müəllimlərin diaqnostik qiymətləndirilməsi qaydaları  təsdiqləndi

“Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları” yeni redaksiyada təsdiqlənib.

Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə əmr imzalayıb.

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Noyabrın 8-də dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdən əvvəl Təhsil naziri Ceyhun Bayramov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Həftənin təhsil informasiyaları

 Təhsil naziri yüksək nəticə göstərən idmançılarla görüşüb

Noyabrın 7-də Təhsil naziri Ceyhun Bayramov Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında və Çilinin paytaxtı Santyaqo şəhərində keçirilən karate üzrə yeniyetmə və gənclərin XI Dünya çempionatında uğurlu nəticə göstərən idmançılar və onların məşqçiləri ilə görüşüb.

Təhsil naziri gənc müəllimlərlə görüşüb

Noyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Görüşdə Sabirabad, Saatlı, Hacıqabul və Kürdəmirdən olan gənc müəllimlər iştirak ediblər

Günel Yaşarqızı
Müəllifin digər yazıları