Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-19 12:10:00
Anadolu Universiteti nüfuzlu diplomatın ziyarətini əsgər salamı ilə qarşıladı - FOTOLAR

Hulusi Kılıç Anadolu Universitetinin məzun və tələbə heyəti ilə görüşdü

AzEdu.az xəbər verir ki, oktyabrın 18 - də Anadolu Universiteti Azərbaycan Proqramlarında Türk Dünyası Parlamentlər Birliyinin Xarici əlaqələr üzrə Baş koordinatoru, Türkiyənin Azərbaycanda (2008-2012) və Moldovadakı (2016-2018) sabiq səfiri Hulusi Kılıcla görüş keçirildi. Görüşdə ATIB-IH-nin  sədri Cemal Yangın, ATIB IH –nin üzvü  Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Moderator.az saytının Baş redaktoru Zülfuqar Hüseynzadə, Anadolu Universiteti Azərbaycan Proqramlarının əməkdaşları, Universitetin bir grup məzunu, tələbələri və Universitetə yeni qəbul olunacaq tələbələr iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Azər Hətəmov öncə Azərbaycanın  Dövlət Müstəqilliyi  Günü münasibəti  ilə hər kəsi təbrik etdi. Sonra Hulusi bəy haqqında məlumatlar verərək diplomatın T.C.-nin Azərbaycandakı səfiri vəzifəsində olduğu dönəmdən və həmin vaxtlarda Anadolu Universiteti Azərbaycan Proqramlarının ərsəyə gəlməsindəki fədakarlıqlarndan, tələbələrə hər zaman göstərdiyi qayğılarından danışdı. Həmçinin qeyd etdi ki, məhz iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəyə görə bir neçə il öncə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ilk olaraq səfir kimi Hulusi Kılıça "Dostluq" ordeni verilib.

Sonra çıxış edən Hulusi Kilic bu təhsil layihəsinin həmin dönəmlərdəki çətin şərtlərə baxmayaraq açlması üçün göstərdikləri hərtərfli səylərindən və bu layihənin Türk dünyası üçün önəmindən bəhs etdi. 
ATIB iH sədri Cemal Yangin da bu layihənin icrasına başlandığı illərdəki çətinliklərə baxmayaraq inkişaf etdirilməsindən və müasir dövrün çağırışlarına cavab verən peşəkar kadr ehtiyatı baxımından əhəmiyyətindən söz açdı. Sonra Universitetin məzunlarından Elmar Hacıyev, Sona Salmanlı, Nuray Ozturk, Röya Rzayeva, Arslan Arzumanlı, Fərqanə Quliyeva çıxış edərək Hulusi bəyə təhsilə  göstərdiyi dəstəklərə görə təşəkkür etdilər. Səmimi şəraitdə keçən görüş sonrası xatirə şəkilləri çəkildi.
(Moderator.az)