Buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması, müzakirəsi və qüvvədə olan dərsliklərin monitorinqinə dair fənlər üzrə elmi-metodiki seminarlar 9 oktyabr 2019-cu il tarixdən fəaliyyətə başlayır.
Dövlət imtahan mərkəzindən AzEdu.az-a verilən məlumata görə elmi-metodik seminarların keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Təhsil İnstitutuna, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, ali təhsil müəssisələrinə və AMEA-nın institutlarına məktublar və seminarların iş qrafiki göndərilib. Seminarların işində müvafiq fənlər üzrə müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin metodika kafedralarının müəllimləri, mütəxəssislər, pedaqoji yönümlü fakültələrin magistrləri və sonuncu kurs tələbələri iştirak edə bilərlər.
Müvafiq fənlər üzrə seminarın iş qrafiki belədir:
Fənn Həftənin günü Saat
Azərbaycan dili və ədəbiyyatı I 13:30
Azərbaycan dili I 15:00
(Təlimi rus dilində olan məktəblər üçün)
İngilis dili I 11:00
Alman dili I 16:00
Fransız dili I 15:30
Kimya II 16:00
Fizika III 10:30
Rus dili və ədəbiyyatı III 14:00
Biologiya IV 10:00
Tarix IV 11:00
Coğrafiya V 10:00
Riyaziyyat V 12:30
Məlumat üçün qeyd edək ki, seminarlar Abdulvahab Salamzadə küçəsi, 28; keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı (407) ünvanında keçiriləcək.
Ayşə Müseyib
kitabı