Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-14 10:56:00
MİQ-in vakansiya seçimi mərhələsində bu qədər namizəd iştirak edib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi (vakansiya seçimi) 14 avqust saat 13:00-da başa çatır.

AzEdu.az xəbər verir ki, vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.

İndiyədək 23609 namizəd bu mərhələdə iştirak edib, onlardan 12013 namizəd elektron ərizəsində seçdiyi vakant yerləri təsdiqləyib.

Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yerin müsabiqəyə çıxarılması təmin olunub.

Günel Yaşarqızı
Müəllifin digər yazıları