Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-10 17:45:00
BİO-da qızıl medalı bu ölkələr qazandı - Siyahı

Bu gün  Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) bağlanış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, bağlanış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, xarici ölkə səfirləri və digər rəsmi qonaqlar iştirak ediblər.

31-ci Beynəlxalq İnformatika Olimpiadasında Rusiyanın 4, Vyetnamın 2,   Koreyanın 2, Çinin 3, Amerika 2, Taylandın 2 təmsilçisi qızıl medalı alıb. Həmçinin Macarıstan, Yaponiya, Qazaxıstan, Bolqarıstan,  Indoneziya, Gürcüstan, Ukrayna, Sinqapur, Fransa, Avstraliya, Iran, Kanada təmsilçiləri də qızıl medal alıblar.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirdilər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verib.

Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır (İTV).

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları