Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-07 14:58:00
İxtisas seçiminin nəticələri daha tez elan oluna bilər – Əgər...

“Bu il Ali təhsil müəssisələrinin müsabiqəsində 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent mübarizə aparır”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında təhsil üzrə ekspert Elçin Əfəndi deyib. O, 2018-cı il və 2019-cu ildə müsabiqədə iştirak edən abituriyentlərin müqayisəsini aparıb:

“Ötən il Ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib və onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Həmin abituriyentlərdən 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Bu il isə müvafiq olaraq müsabiqədə 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent mübarizə aparır”

Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinə qəbul üzrə aparılmış ixtisas seçimlərin təsdiqi prosesi emal mərhələsindədir. Əgər emal prosesi tez başa çatarsa, bu gün nəticələr elan oluna bilər.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları