XƏBƏRLƏR

12.07.2019 15:18
Bu ölkədə bağça müəllimlərinin illik gəlirləri ortalama 28 570 dollardır  

Azərbaycanda məktəbəhazırlıq qruplarının fəaliyyəti bağça sistemində əcnəbi təcrübənin tətbiqindən xəbər verir. Dünya məktəbəqədər təhsil sistemləri ilə müqayisə isə ortaya xeyli fərqlər çıxarır. Fərqli ölkələri, müxtəlif dünyagörüşlərini nəzərə alsaq, bu, təbiidir.

AzEdu.az Amerika materikində yerləşən ölkələrin bağça sisteminin ölkəmizdən əsas fərqlərini izah edir:

Amerikada təhsil 9 aylıqdan başlayır. Buna “childcare” deyilir. Uşaqlar 9 aylıqdan 3 yaşlarına qədər bağçada təhsil alırlar. Burada onlara konstruktorla işləməyi öyrədirlər. Bu, azyaşlıların zehni qabiliyyətlərini inkişaf etdirir. Tədrisdə xırda motorikaya üstünlük verilir. Uşaqların gündə 3 dəfə açıq havada oynaması mütləqdir. Valideynlərə övladlarının tədrisi ilə bağlı gündəlik raport gəlir.

3 yaşdan isə artıq məktəbəhazırlıq başlayır və bu, 5 yaşadək davam edir. Hazırlıq qruplarında heç nə məcburi deyil. Uşaqlar dərs oxumur, məktəbə həvəslə, oyun fikri ilə gəlirlər. Proqram elə qurulub ki, azyaşlılar özləri də dərk etmədən oxuyur, qavrayırlar. 3-5 yaşda “preschool” başlayır. 6 yaşı olanlar isə sırf məktəbə hazırlaşırlar.

İngiltərədə də məktəbəqədər təhsil sistemi Amerikakı ilə oxşardır. Amma burada məktəb 4 yaşından başlanır və 13 illikdir. Şagird 4 yaşından məktəbə getməlidir. Amma hazırlıq rupları da məktəb sisteminə daxildir.

Amerika ölkələrində, xüsusilə də Kolumbiyada  5 yaşa qədərki uşaqlarla işləyən müəllimin magistratura təhsilinin olması mütləqdir. Bəziləri bunun təhsili ağırlaşdırmaqdan başqa bir şey olmadığını, digərləri isə yerində verilmiş bir qərar olduğunu düşünürlər.

Bəs, burada bağça müəllimlərinin tam ali təhsilli olması niyə bu dərəcədə mütləq qəbul edilir?

Araşdırmalar keyfiyyətli  məktəbəqədər təhsillə gələcək uğur arasında mütləq bir əlaqə olduğunu sübut edir. Elə magistratura diploma tələbini də insanın məntiqi təfəkkürü, özünü anlayış və hörmətinin məhz bu yaşlarda formalaşması ilə sübut edirlər. Düşünürlər ki, həmin dövrdə bağça müəlliminin uşağın inkişafına müsbət təsir göstərməsi üçün bilik və intellektual bacarıqlarının yüksək olması vacibdir. Bunun magistratura diplomuna bərabər tutulması isə ölkənin öz universitetlərindəki tədrisə olan güvənindən xəbər verir.

“Bağça müəllimlərinin yalnız 45%-i özü də nəvaxtsa məktəbəqədər təhsil alıb”

Buna baxmayaraq, hazırda Amerika ölkələrindəki bağça müəllimlərinin yalnız 45%-I özü də nəvaxtsa məktəbəqədər təhsil alıb. Bundan əlavə, buradakı məktəbəqədər təhsilverənlərin 17 %-i orta təhsili tamamlamayıb. Bəzi ərazilərdəki məktəbəqədər təhsil müəssisələrində müəllim işləmək üçün isə nəinki diplom, orta təhsil haqqında sənəd də kifayət edir.

Amerikada 5 yaşına qədər olan uşaqların təxminən 71%-i uşaq evlərində və ya bağçalarda tərbiyə olunurlar. Onlar həftədə 40 – 50 saatlarını burada keçirirlər. Mütəxəssislər bunları nəzərə alaraq, şagirdlərlə uzun müddət vaxt keçirən müəllimin diplomsuz olmasını böyük nöqsan hesab edirlər.

Bundan əlavə, Amerikada aparılan araşdırmalar məktəbəqədər təhsil alan uşaqların gələcəkdə daha çox pul qazandığı, az cinayət törətdiyi,  məktəb nəticələrinin daha yüksək olduğunu deyir.

Hətta buranın bəzi məktəblərində ibtidai sinif müəllimlərinin bağçada həmin şagirdə dərs deyən  müəllimlə ünsiyyəti vacib hesab edilir. Bu, həmin ölkələrdə məktəbəqədər təhsilə verilən önəmi sübut edir.

Amerika materikində yerləşən ölkələrdə bağça müəllimləri nə qədər əməkhaqqı alırlar?

Amerikada bağça müəllimlərinin ortalama illik gəliri 28 570 dollardır. Hazırlıq qruplarına dərs deyən müəllimlər ortalama 51 640 dollar, ibtidai sinif müəllimləri isə 54 890 dollar qazanır. Bunları nəzərə alaraq araşdırmalar bağça müəllimlərinin əlavə gəlir və motivasiyaya ehtiyacı olduqlarını söyləyir. Bəzi mütəxəssislər isə gələcəkdə onların çoxunun imkansızlıq səbəbindən atam ali təhsil haqqında sənəd al abilməyəcəkləri barədə həyəcan təbili çalır.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu