Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 11:24:48
Builki MİQ müsabiqəsindən keçən namizədlər nə qədər vakant yer seçə bilərlər? - CAVAB  

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun cari ilin 24 iyun tarixində başlanılması planlaşdırılır.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə ümumilikdə 24 iyun-26 avqust tarixlərini əhatə edəcək.

Bəs builki MİQ müsabiqəsində keçid balı toplayan namizədlər nə qədər vakant yer seçə bilərlər?

AzEdu.az namizədlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edir.

-Test imtahanında keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Vakansiyalara yerləşdirilmə  namizədlərin elektron ərizədə etdikləri seçim ardıcıllığı ilə aparılacaq.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən təşkil edilir. Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər cari tədris ilində keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları