XƏBƏRLƏR

04.06.2019 12:05
Bağçalara verilən lisenziya hansı hallarda ləğv edilə bilər?

Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 331 saylı uşaq bağçasında müəllimin azyaşlıları təhqir etməsi son günlər bağçalarla bağlı qanunverciliyi bir daha gündəmə gətirib.

AzEdu.az xəbər verir ki, əslində məktəbəqədər təhsil haqqında qanunda bağça işçilərinin attestasiyası da nəzərdə tutulub. Qanunvericiliyin tələbləri pozulduqda isə lisenziyanın ləğvi mümkündür. Məktəbəqədər təhsil müəssisələrinin üzdən bir qədər mülayim görünən qanunvericiliyi, əslində, 2012-ci il, 3 avqust tarixli sərəncamda göstərilən xeyli müddəalarla zəngindir.

 “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, ölkəmizdə bağçaların fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bağça məktəbəqədər təhsilin dövlət standartlarının tələblərini yerinə yetirmədikdə, lisenziyası “Lisenziyalar və icazələr haqqında” qanununa uyğun olaraq dayandırılır və ya ləğv edilir.

Təhsilin təşkili, maddi-texniki baza, təhsil proqramları, kadr potensialı, maliyyə ehtiyatları və təhsil infrastrukturunun  məktəbəqədər təhsilin dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədi ilə bağçaların akkrediyasiyası aparılmalıdır.

Akkreditasiya müvafiq sertifikatın verilməsi ilə başa çatır. Akkreditasiyadan keçməyən məktəbəqədər təhsil müəssisəsinin isə lisenziyası ləğv olunur.

Bundan əlavə, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilməlidirlər.

Məktəbəqədər təhsil müəssisəsinə  lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər:

Ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda;

-Ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu