Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-19 16:19:13
Ötən qəbul imtahanında 38 nəfərin halı pisləşib

"Mayın 12-də keçirilən qəbul imtahanında ümumilikdə 11 nəfər qaydaları pozduğuna görə binadan uzaqlaşdırılıb"

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sosial media hesablarında yayımlanan canlı yayımda DİM-in təşkilati – metodiki təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov deyib. Onun sözlərinə görə, imtahanda müəyyən qayda pozuntuları aşkarlanıb:

"Mayın 12-də keçirilən qəbul imtahanında ümumilikdə 11 nəfər qaydaları pozduğuna görə binadan uzaqlaşdırılıb. 8 nəfər  sual kitabçasını yanında əyləşən şəxslə dəyişib, 2 nəfərdə mobil telefon aşkarlanıb, 1 nəfər isə əyani vəsaitdən istifadə edib. Bu abituriyentlərin nəticələri ləğv olunub.

Ötən qəbul imtahanında 38 nəfərin halı pisləşərək Təcili Tibbi Yardıma müraciət edib".

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları