Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 11:37:32
“Proqramı bitirməyənlər qəbul imtahanında iştirak etməyə məcbur deyillər” –Kərəm Məmmədov  

Məktəbdə dərs proqramını bitirməyən abituriyentləri mayın 19-da keçiriləcək imtahanda iştirak etməyə heç kim məcbur etmir. Həmin şagirdlər iyulda keçiriləcək qəbul imtahanlarında iştirak etsinlər. Bu baxımdan narazılıqlar əsassızdır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin Tarix seminarının sədri Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, buraxılış imtahanları ixtisas blokları üzrə keçirilən qəbul imtahanlarından da əvvəl təşkil olunub:

“Mayda keçirilən imtahanlarda əsasən, əvvəlki illərdə uğur qazana bilməyən abituriyentlər iştirak edirlər. Məktəbdə dərs proqramını bitirməyən abituriyentləri mayın 19-da keçiriləcək imtahanda iştirak etməyə heç kim məcbur etmir. Narazılıqlar əsassızdır. Həmin şagirdlər iyulda keçiriləcək qəbul imtahanlarında iştirak etsinlər.

Abituriyentlərə 2 dəfə şans verilib. Onlar bu həftə sonu özlərini sınaya, iyulda isə qəbulda iştirak edə bilərlər. Əvvəl imtahanlar bir dəfə təşkil olunsa da, belə etirazlara rast gəlmirdik”.

Kərəm Məmmədov bildirib ki, imtahanların ərsəyə gəlmə, təşkil olunma prosesi olduqca ağır mərhələrdən ibarətdir:

“İmtahanların təşkil olunmasına nə qədər fiziki və mənəvi əmək sərf olunur. Bununla belə çox cüzi məbləğ müqabilində abituriyentlər qəbul imtahanlarında 2 dəfə iştirak hüququna malikdirlər.

Hazırda Ramazan ayıdır. Abituriyentlərəsəbrli olmağı arzulayıram. Necə deyərlər, bəsləsən, atlas olar tut yarpağından.  Bilmədikləri şeyləri yalandan yazmasınlar. Testləri oxuyanda diqqətli olsunlar. Dəfələrlə qeyd edirəm ki, testin oxunub dərk edilməsi onu həll etməyin 50%-dir. Tələskənliyə yol verib, sualın əvvəlini oxuyub sonuna əhəmiyyət verməyən onlarla abituriyent var”.

Xatırladaq ki, mayın 19-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Cari ilin məzunlarından bəziləri sosial şəbəkələrdə imtahanların məktəb və dərs proqramı bitmədən keçirilməsindən narazıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları