Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-13 10:02:00
Test imtahanında uğur qazananlar sertifikatlarını ala bilərlər - DİM

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün fevralın 17-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, namizədlər sertifikatı almaq üçün şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Namizədlər DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət etməklə sertifikatlarını ala bilərlər.