XƏBƏRLƏR

15.03.2019 10:10
Qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri və keçid balları - RƏSMİ

Xəbər verdiyimiz kimi bu gündən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edilir.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinə  istinadən,  xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərini diqqətə çatdırır:

Cədvəldən də göründüyü kimi, I ixtisas qrupunda yer alan memarlıq ixtisası üzrə I mərhələdə 200, II mərhələdə isə 100 bal tələb olunur. Qabiliyyət imtahanınından "məqbul"nəticə əldə edilməlidir.

III ixtisas qrupunda İslamşünaslıq ixtisası üzrə I mərhələdə 150, II mərhələdə isə 50 bal tələb olunur. Qabiliyyət imtahanınından "məqbul"nəticə əldə edilməlidir.

III ixtisas qrupunda Jurnalistika ixtisası üzrə I mərhələdə 200, II mərhələdə isə 100 bal tələb olunur. Qabiliyyət imtahanınından "məqbul"nəticə əldə edilməlidir.

V ixtisas qrupu üzrə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Musiqi müəllimliyi, Rəqs müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Dizayn, Bədən tərbiyəsi və idman və Məşqçi (idman növü üzrə) ixtisasları üzrə I mərhələdə 60 bal tələb olunur. Qabiliyyət imtahanınından "məqbul"nəticə əldə edilməlidir. 

V ixtisas qrupu üzrə Dekorativ sənət, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı,Aktyor sənəti, Rejissorluq, Operator sənəti,Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq və Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasları üzrə I mərhələdə minumum 60 bal tələb olunur. Qabiliyyət imtahanınından minumum "6" olmalıdır. 

Xatırladaq ki, V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları haqqında ətraflı məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının ilk sayında nəşr ediləcək. Burada xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, bu ixtisaslar üzrə müsabiqə şərtləri və kadr hazırlığının hansı ali təhsil müəssisələrində aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər əksini tapacaq.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu